Главная > Futbol > Mahir Emreli "Nürnberq"də növbəti qolunu vurub - YENİLƏNİB

Mahir Emreli "Nürnberq"də növbəti qolunu vurub - YENİLƏNİB


3-11-2024, 19:00. Разместил: Rss Bot Report

Azərbaycan millisinin hücumçusu Mahir Emreli II Bundesliqada formasını geyindiyi "Nürnberq"də növbəti dəfə fərqlənib.

"Report" xəbər verir ki, XI turda "Hamburq"la qarşılaşmanın 63-cü dəqiqəsində rəqib qapısına yol tapıb.

27 yaşlı futbolçu komanda yoldaşı Robin Knoxenin ötürməsini qola çevirməyi bacarıb. Məhz Mahirin qolu 15-ci dəqiqədə hesabda geri düşən Nürnberq təmsilçisini məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, "Hamburq" - "Nürnberq" görüşü 1:1 hesabı ilə yekunlaşıb.

18:16

Azərbaycan millisinin hücumçusu Mahir Emreli II Bundesliqada formasını geyindiyi "Nürnberq"də növbəti dəfə fərqlənib.

"Report" xəbər verir ki, XI turda "Hamburq"la qarşılaşmanın 63-cü dəqiqəsində rəqib qapısına yol tapıb.

27 yaşlı futbolçu komanda yoldaşı Robin Knoxenin ötürməsini qola çevirməyi bacarıb.

Qeyd edək ki, hazırda davam edən görüşdə hesab bərabərdir - 1:1.


Вернуться назад