Главная > Futbol > "Qarabağ" klubu rəsmi himnini təqdim edib
"Qarabağ" klubu rəsmi himnini təqdim edib26-01-2024, 23:15. Разместил: Rss Bot Report |
|
"Qarabağ" futbol klubu rəsmi himnini təqdim edib. "Sizinxeber.az" Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2022-ci ildə çalışmalarına start verilən himnin söz və musiqi müəllifi Rüzgar Əhmədzadədir. Musiqi ideyası möhtəşəm Qarabağ zəfərindən və klubun beynəlxalq arenada qazandığı qələbələrdən qaynaqlanır. Himn 17 İyun 2023-cü il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası tərəfindən ifa olunub və səsyazması baş tutub. Вернуться назад |