Главная > Futbol > İspaniya millisinin keçmiş müdafiəçisi karyerasını Argentinada davam etdirə bilər

İspaniya millisinin keçmiş müdafiəçisi karyerasını Argentinada davam etdirə bilər


1-11-2024, 11:00. Разместил: Rss Bot Report

"Real" klubunun və İspaniya millisinin keçmiş müdafiəçisi Serxio Ramos karyerasını Argentina təmsilçisi "Boka Xuniors"da davam etdirə bilər.

"Sizinxeber.az" xəbər verir ki, bu bardə "Relevo" məlumat yayıb.

38 yaşlı ispaniyalı Argentina klubuna qoşulmaq üçün danışıqlar aparır. Ramos "Sevilya" ilə müqavilə müddəti iyulda başa çatandan sonra azad agentdir.

O, daha əvvəl PSJ və Madrid "Real"ında da çıxış edib. Təcrübəli futbolçu İspaniya millisində keçirdiyi 180 oyunda 23 qol vurub.


Вернуться назад