Главная > Futbol > Azərbaycan millisinin Avropa çempionatının ilkin mərhələsindəki rəqibləri müəyyənləşib
Azərbaycan millisinin Avropa çempionatının ilkin mərhələsindəki rəqibləri müəyyənləşib31-10-2024, 18:00. Разместил: Rss Bot Report |
|
Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət yığmasının Avropa çempionatının ilkin mərhələsindəki rəqibləri müəyyənləşib. "Sizinxeber.az" xəbər verir ki, komanda B qrupunda Kosovo və San Marino ilə mübarizə aparacaq. Bu qrupun oyunları San Marinoda keçiriləcək. Yalnız qrup birinciləri əsas mərhələyə vəsiqə qazanacaq. A qrupu Gürcüstan Litva Malta Almaniya B qrupu Azərbaycan Kosovo San Marino C qrupu Monteneqro Cəbəllütariq Estoniya Qeyd edək ki, ilkin mərhələnin oyunları gələn il yanvarın 21-dən 26-dək keçiriləcək. U-19 əsas mərhələyə yüksələrsə, 7-ci qrupda Xorvatiya, Bosniya və Herseqovina və Türkiyə ilə qarşılaşacaq. Bu mərhələnin oyunları 25-30 martda keçiriləcək. Вернуться назад |