Главная > Futbol > "Turan Tovuz" Premyer Liqada yubiley qələbəsini əldə edib
"Turan Tovuz" Premyer Liqada yubiley qələbəsini əldə edib28-10-2024, 10:00. Разместил: Rss Bot Report |
|
“Turan Tovuz” Misli Premyer Liqasında 30-cu qələbəsini qazanıb. "Sizinxeber.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley XI turun Qərb derbisinə təsadüf edib. Tovuz təmsilçisi öz meydanında “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlib. Komanda 30-cu qalibiyyətini 83-cü oyununda əldə edib. Qərblilər 16 dəfə evdə, 14 dəfə səfərdə üç xal qazanıblar. Qeyd edək ki, "Turan Tovuz" Premyer Liqada ilk qələbəsini 2022-ci il avqustun 13-də “Səbail”lə səfər görüşündə əldə edib – 1:0. Вернуться назад |