Главная > Futbol > "Arsenal"ın futbolçusu zədələnərək bir neçə həftəlik sıradan çıxıb

"Arsenal"ın futbolçusu zədələnərək bir neçə həftəlik sıradan çıxıb


24-10-2024, 22:30. Разместил: Rss Bot Report

İngiltərənin "Arsenal" klubunun futbolçusu Rikkardo Kalafiori zədələnərək bir neçə həftəlik sıradan çıxıb.

"Report" "Mirror"a istinadən xəbər verir ki, italiyalı müdafiəçi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda "Şaxtyor"la (Ukrayna) matçda dizindən zədə alıb.

Qeyd edək ki, 22 yaşlı müdafiəçi ötən ay yığmanın heyətində Millətlər Liqasının Fransa ilə görüşündə də zədələnmişdi.

Qeyd edək ki, Kalafiori cari mövsüm "Arsenal"ın heyətində 10 oyunda meydana çıxıb və 1 qol vurub.


Вернуться назад