Главная > Futbol > Messi MLS-in tarixinə düşüb
Messi MLS-in tarixinə düşüb21-10-2024, 11:30. Разместил: Rss Bot Report |
|
Argentina yığmasının və ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi MLS-in tarixinə düşüb. "Sizinxeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu çempionat tarixində ehtiyatdan meydana çıxaraq üç qol vuran və məhsuldar ötürmə edən ilk oyunçu olub. O, bunu "İnter Mayami" - "Nyu-İnqlend Revolyuşn" matçında (6:2) reallaşdırıb. 58-ci dəqiqədə meydana çıxan argentinalı futbolçu het-trikə imza atıb və bir məhsuldar ötürmə ilə yadda qalıb. Qeyd edək ki, "İnter Mayami" cari mövsüm MLS-in çempionu olub. Вернуться назад |