Главная > Futbol > “Səbail”in Rumıniya klubu ilə oyununun vaxtı müəyyənləşib

“Səbail”in Rumıniya klubu ilə oyununun vaxtı müəyyənləşib


8-01-2024, 13:32. Разместил: Rss Bot Report

“Səbail”in Türkiyə toplanışı çərçivəsində Rumıniyanın “Universitatya Kluj” klubuna qarşı keçirəcəyi yoxlama görüşünün vaxtı müəyyənləşib.

“Sizinxeber.az” xəbər verir ki, mövsümün ikinci yarısına Antalyada hazırlaşan Azərbaycan təmsilçisi ilk sınağına yanvarın 12-də çıxacaq.

Şahin Diniyevin rəhbərlik etdiyi kollektivin Rumıniyanın Superliqa klubu ilə “İS Santai Hotel”inin meydanında keçirəcəyi matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Səbail” ikinci yoxlama oyununu yanvarın 15-də Rusiyanın Premyer Liqa komandası “Fakel”ə qarşı keçirəcək.


Вернуться назад