Главная > Futbol > Fernandu Santuş: Çalışacağıq, məşqçilər korpusunda Azərbaycan dilində göstərişlər verən məşqçi də yer alsın
Fernandu Santuş: Çalışacağıq, məşqçilər korpusunda Azərbaycan dilində göstərişlər verən məşqçi də yer alsın13-10-2024, 17:00. Разместил: Rss Bot Report |
|
Çalışacağıq, məşqçilər korpusunda Azərbaycan dilində göstərişlər verən məşqçi də yer alsın. "Report" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Millətlər Liqasında baş tutacaq Slovakiya ilə matçdan öncə keçirilən mətbuat konfransında bildirib: Mütəxəssis məşqçilər korpusunda dəyişikliklər ediləcəyini bildirib: "Bu məsələdə İlqar Qurbanovla danışmışıq. Çalışacağıq, məşqçilər korpusunda Azərbaycan dilində göstərişlər verən məşqçi də yer alsın. Amma məşqçi təkcə azərbaycanca danışmağı bacarmalı deyil". Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - Slovakiya görüşü saat 20:00-da start götürəcək. Вернуться назад |