Главная > Futbol > Dele Alli karyerasını İtaliyada davam etdirə bilər
Dele Alli karyerasını İtaliyada davam etdirə bilər30-09-2024, 18:30. Разместил: Rss Bot Report |
|
İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Dele Alli karyerasını İtaliyada davam etdirə bilər. "Sizinxeber.az" "Il Secolo XIX-" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun xidmətində "Cenoa" maraqlıdır. A Seriyası təmsilçisi artıq oyunçu ilə danışıqlara başlayıb. Qeyd edək ki, D.Alli 2023-cü ilin fevralında "Beşiktaş"da icarədə olarkən ciddi zədə alıb və o vaxtdan oynamır. Onun "Everton" klubu ilə müqavilə müddəti bu yay başa çatıb və hazırda azad agentdir. Вернуться назад |