Главная > Futbol > Çimərlik futbolu üzrə Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışında olacaq
Çimərlik futbolu üzrə Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışında olacaq17-09-2024, 10:30. Разместил: Rss Bot Report |
|
Çimərlik futbolu üzrə Azərbaycan millisi sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olacaq. "Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma hazırlıq prosesində yoldaşlıq oyunları da keçirəcək. Toplanış oktyabrın 4-dən 15-dək İspaniyanın Kadis şəhərində təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır. Yığma Türkiyəyə bu heyətlə yollanacaq: Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov. Oyunçular: Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Rüfət Məmmədli, Bayram Bayramlı. Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinin A qrupunda İspaniya, İngiltərə və Gürcüstan yığmaları ilə mübarizə aparacaq. Вернуться назад |