Главная > Futbol > İtaliya klubunun müdafiəçisi "Portu"ya keçib

İtaliya klubunun müdafiəçisi "Portu"ya keçib


3-09-2024, 11:00. Разместил: Rss Bot Report

İtaliyanın "Yuventus" klubunun müdafiəçisi Tyaqu Calo icarə əsasında Portuqaliya təmsilçisi "Portu"ya keçib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı portuqaliyalı ilə icarə müqaviləsinin müddəti 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulub.

Calo ötən mövsüm çarpaz bağın yırtılması səbəbindən cəmi bir oyun keçirib. Müdafiəçi 2024-cü ilin yanvarında "Lill"dən Turin klubuna transfer olunub.


Вернуться назад