Главная > Futbol > Andrea Pirlo İtaliya klubundan göndərilib
Andrea Pirlo İtaliya klubundan göndərilib29-08-2024, 16:00. Разместил: Rss Bot Report |
|
İtaliyanın "Sampdoriya" klubu baş məşqçisi Andrea Pirlonu istefaya göndərib. "Sizinxeber.az" "Sky Sports"a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis B Seriyasının III turunda "Salernitana"ya məğlubiyyətdən sonra komanda ilə yollarını ayırıb. Qeyd edək ki, ötən mövsüm A Seriyasına yüksəlmək üçün mübarizə aparan "Sampdoriya" kollektivi çempionatı 55 xalla 7-ci pillədə başa vurmuşdu. Вернуться назад |