Главная > Futbol > "Bayer 04" almaniyalı futbolçu ilə yeni müqavilə bağlayıb
"Bayer 04" almaniyalı futbolçu ilə yeni müqavilə bağlayıb16-08-2024, 14:30. Разместил: Rss Bot Report |
|
Almaniyanın "Bayer 04" klubu futbolçusu Robert Andriçlə yeni müqavilə bağlayıb. "Report" Leverkuzen təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Əvvəlki müqavilə 2026-cı ilin yayında başa çatacaqdı. Qeyd edək ki, Andriç 2021-ci ildən "Bayer" klubunun formasını geyinir Ötən mövsüm 45 matçda iştirak edən yarımmüdafiəçi 6 qola, 5 məhsuldar ötürməyə imza atıb. Leverkuzen klubu 2023/2024 mövsümündə Almaniya Bundesliqasının qalibi olub. Вернуться назад |