Главная > Futbol > "Real" əsas qapıçısı ilə müqavilənin müddətini uzadacaq

"Real" əsas qapıçısı ilə müqavilənin müddətini uzadacaq


21-08-2025, 09:30. Разместил: Rss Bot Report

İspaniyanın "Real" klubu qapıçısı Tibo Kurtua ilə yeni müqavilənin imzalanması ilə bağlı razılığa gəlib.

"Sizinxeber.az" xarici mətbuata istinadən xəbər verir ki, tərəflər sözləşmənin müddətini daha iki il artıracaqlar.

Müqavilənin yaxın zamanlarda imzalanacağı gözlənilir.

Qeyd edək ki, belçikalı qolkiper 2018-ci ildən Madrid təmsilçisinin formasını geyinir. O, "Kral klubu"nda indiyədək 289 matçda meydanda olub. Kurtuanın hazırkı sözləşməsi 2026-cı ilin yayınadək qüvvədədir.


Вернуться назад