Главная > Futbol > Azərbaycan Premyer Liqası: 10 ildən sonra üç oyunda heç-heçə qeydə alınıb
Azərbaycan Premyer Liqası: 10 ildən sonra üç oyunda heç-heçə qeydə alınıb20-08-2025, 10:30. Разместил: Rss Bot Report |
|
Futbol üzrə Azərbaycan çempionatında 10 ildən sonra ilk turun üç oyunda heç-heçə qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Misli Premyer Liqasının 2025/2026 mövsümünün startı heç-heçələrlə zəngin olub. I turun baş tutan 5 oyununda üçü sülhlə nəticələnib. “Karvan-Yevlax” – “Qəbələ”, “Neftçi” – “Şamaxı” və “Zirə” – “Araz-Naxçıvan” görüşlərində eyni – 1:1 hesabı qeydə alınıb. Start turunda üç heç-heçəyə təsadüf olunması son mövsümdə ilk dəfə yaşanıb. Sonuncu dəfə 2015/16 mövsümündə ilk turda 3 bərabərlik olub. Həmin vaxt da 5 matç baş tutub. Startda daha çox heç-heçəyə sonuncu dəfə 2012/13 mövsümündə təsadüf olunub. Həmin vaxt 5 görüşün dördündə qalib müəyyənləşməyib. Cari mövsümün I turunun keçirilən 5 oyununda 10 qol vurulub. Orta məhsuldarlığın 2,00-yə bərabər olması son 5 mövsümün startında ən aşağı göstəricidir. Sonuncu dəfə 2020/21 mövsümündə bu rəqəm 2,00 olub. Qeyd edək ki, I turun bir matçı təxirə salınıb. Вернуться назад |