Главная > Futbol > Premyer Liqa: "Araz-Naxçıvan" - "Zirə" matçında qalib müəyyənləşməyib
Premyer Liqa: "Araz-Naxçıvan" - "Zirə" matçında qalib müəyyənləşməyib19-08-2025, 22:00. Разместил: Rss Bot Report |
|
Misli Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib. "Report"un məlumatına görə, "Araz-Naxçıvan" "Zirə"nin qonağı olub. Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Hesabı 45+1-ci dəqiqədə meydan sahibləri açıblar. İssa Cibrilla dəqiq zərbə müəllifi olub. Yekun hesabı isə 65-ci dəqiqədə fərqlənən Bəxtiyar Həsənalızadə müəyyən edib. Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Kəpəz"i 3:0, "Turan Tovuz" "İmişli"ni 1:0 hesabı ilə üstələyib. "Neftçi" - "Şamaxı" və "Karvan-Yevlax" - "Qəbələ" matçlarında heç-heçə (1:1 )qeydə alınıb. "Sabah" - "Qarabağ" matçı isə təxirə salınıb. Вернуться назад |