Главная > Futbol > "Şamaxı" ilə oyunda əvəzlənməsini istəyən "Neftçi"nin futbolçusunun durumuna aydınlıq gəlib
"Şamaxı" ilə oyunda əvəzlənməsini istəyən "Neftçi"nin futbolçusunun durumuna aydınlıq gəlib19-08-2025, 13:00. Разместил: Rss Bot Report |
|
Misli Premyer Liqasının I turunda "Şamaxı" ilə matçda əvəzlənən "Neftçi"nin futbolçusu Elvin Bədəlovun durumuna aydınlıq gəlib. Bu barədə "Report"a paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı açıqlama verib. O, müdafiəçinin zədəsinin olmadığını söyləyib: "Sadəcə, soyuqdəymə nəticəsində halsızlığı var idi. Oyunda da çoxlu maye itkisi oldu deyə, halı pisləşdi və əvəzlənməyini istədi. Vəziyyətinə baxılıb qərar veriləcək". Qeyd edək ki, Elvin Bədəlovu qarşılaşmanın 72-ci dəqiqəsində Falaye Sako əvəzləyib. Bakıda baş tutan oyun isə 1:1 hesabı ilə yekunlaşıb. Вернуться назад |