Главная > Futbol > "Arsenal" braziliyalı futbolçu ilə maraqlanır
"Arsenal" braziliyalı futbolçu ilə maraqlanır18-08-2025, 23:00. Разместил: Rss Bot Report |
|
İngiltərə təmsilçisi "Arsenal" Braziliyanın "Palmeyras" klubunun müdafiəçisi Luis Benedettini transfer etməyi planlaşdırır. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, "topçular" 19 yaşlı braziliyalı oyunçunu bu yay sıralarına cəlb etmək istəyirlər. Qeyd edək ki, Benedetti bu mövsüm 15 matçda 2 qol vurub. Onun "Palmeyras" ilə müqaviləsinin müddəti 2029-cu ildə başa çatacaq. "Transfermarkt" futbolçunun transfer dəyərini 500 min avro qiymətləndirir. Вернуться назад |