Главная > Futbol > "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Macarıstana yollanır
"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Macarıstana yollanır18-08-2025, 11:00. Разместил: Rss Bot Report |
|
"Qarabağ" komandası "Ferentsvaroş"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Macarıstana yollanır. "Report" xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb. Komandanı aparan təyyarə saat 11:00-da yola düşəcək. Bu gün, Bakı vaxtı ilə saat 21:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 21:30-da isə komandanın açıq məşqi təşkil olunacaq. Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Ferentsvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq. Вернуться назад |