Главная > Futbol > Neymarın çıxış etdiyi klub baş məşqçisini istefaya göndərib
Neymarın çıxış etdiyi klub baş məşqçisini istefaya göndərib18-08-2025, 10:00. Разместил: Rss Bot Report |
|
Braziliyanın "Santos" komandasının baş məqşçisi Kleber Xavyer istefaya göndərilib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. A Seriyası təmsilçisi "Vasko da Qama"ya 6 cavabsız qolla uduzduğu görüşdən sonra mütəxəssislə vidalaşıb. Qeyd edək ki, "Santos"da Braziliya millisinin üzvü Neymar da çıxış edir. Komanda 19 oyundan sonra 21 xalla 15-ci pillədə qərarlaşıb. Вернуться назад |