Главная > Futbol > Premyer Liqa: Bu gün I turda növbəti oyun keçiriləcək
Premyer Liqa: Bu gün I turda növbəti oyun keçiriləcək17-08-2025, 09:30. Разместил: Rss Bot Report |
|
Misli Premyer Liqasının I turunda bu gün daha bir oyun keçiriləcək. "Sizinxeber.az"un məlumatına görə, günün yeganə qarşılaşması Sumqayıt şəhər stadionunda yerli komanda ilə "Kəpəz" arasında baş tutacaq. Görüş saat 20:30-da start götürəcək. Azərbaycan Premyer Liqası 1-ci dövrə, I tur 17 avqust 20:30. “Sumqayıt” – “Kəpəz” Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli. VAR: Rauf Cabarov. AVAR: Rahil Ramazanov. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Elçin Mehtiyev. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu Qeyd edək ki, daha əvvəlki matçlarda “Turan-Tovuz” “İmişli”ni bir cavabsız qolla üstələyib. "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Eyni hesab "Neftçi" - "Şamaxı" qarşılaşmasında da qeydə alınıb. Вернуться назад |