Главная > Futbol > Salah Premyer Liqa tarixinin bombardirləri siyahısında dördüncü pilləyə yüksəlib
Salah Premyer Liqa tarixinin bombardirləri siyahısında dördüncü pilləyə yüksəlib16-08-2025, 11:00. Разместил: Rss Bot Report |
|
İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqa tarixinin bombardirləri siyahısında dördüncü pilləyə yüksəlib. "Report" xəbər verir ki, 33 yaşlı hücumçu buna evdə "Bunrmut"a qalib gəldikləri (4:2) I turun oyununda fərqlənməklə nail olub. Misirli forvard çempionatda 187-ci qolunu vuraraq bu göstəricidə Endi Kola çatıb. Qeyd edək ki, mütləq rekord Alan Şirerə məxsusdur - 260 qol. Harri Keyn (213) ikinci, Ueyn Runi (208) üçüncü pillədə qərarlaşıb. Вернуться назад |