Главная > Futbol > Konfrans Liqası: "Omoniya" "Araz-Naxçıvan"la oyunda ikinci qolu vurub - YENİLƏNİB - 2
Konfrans Liqası: "Omoniya" "Araz-Naxçıvan"la oyunda ikinci qolu vurub - YENİLƏNİB - 214-08-2025, 21:30. Разместил: Rss Bot Report |
|
Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub. ”Report”un məlumatına görə, meydan sahibləri növbəti dəfə fərqləniblər. 23-cü dəqiqədə Stevan Yovetiç hesabı 2:0 edib. 20:09 Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda hesab açılıb. "Report"un məlumatına görə, matçda ilk qolu meydan sahibləri vurub. 9-cu dəqiqədə Villi Semedo fərqlənib. 20:00 Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb. "Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürüb. Qarşılaşmanı danimarkalı FIFA referisi Yakob Kehlet idarə edir. Naxçıvan klubu Bakıdakı ilk görüşdə 0:4 hesabı ilə uduzub. Cütün qalibi Avropa Liqasında mübarizə aparan PAOK (Yunanıstan) - "Volfsberqer" (Avstriya) duelinin məğlubu ilə qarşılaşacaq. Вернуться назад |