Главная > Futbol > "Mançester Siti" "Real"ın futbolçusu ilə danışıqlara başlayıb
"Mançester Siti" "Real"ın futbolçusu ilə danışıqlara başlayıb14-08-2025, 11:00. Разместил: Rss Bot Report |
|
İngiltərənin "Mançester Siti" klubu İspaniya təmsilçisi "Real"da çıxış edən Rodriqo ilə danışıqlar aparıb. "Sizinxeber.az" xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. "Şəhərlilər" 24 yaşlı vingerə 5 illik müqavilə təklif etməyə hazırdır. Yekun qərarı braziliyalı futbolçu verəcək. Rodriqo keçidə razılaşsa, Madrid klubu ilə 100 milyon avroluq transfer üçün danışıqlar başlayacaq. Qeyd edək ki, Rodriqo 2019-cu ildən "Real"da çıxış edir. Вернуться назад |