Главная > Futbol > "Fənərbağça" Çempionlar Liqasının pley-off mərhələsinə adlayıb

"Fənərbağça" Çempionlar Liqasının pley-off mərhələsinə adlayıb


12-08-2025, 23:30. Разместил: Rss Bot Report

Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

“Sizinxeber.az”un məlumatına görə, İstanbul təmsilçisi buna III təsnifat mərhələsinin cavab oyununda Niderlandın “Feyenoord” kollektivinə qalib gəlməklə (5:2) nail olub.

Səfərdə rəqibinə 1:2 hesabı ilə uduzan komanda növbəti raunda yüksəlib.

“Fənərbağça” pley-offda “Benfika” (Portuqaliya) - “Nitsa” (Fransa” cütünün qalibi ilə görüşəcək. Fransadakı ilk qarşılaşmada qonaqlar iki cavabsız qolla qalib gəlib.


Вернуться назад