Главная > Futbol > Çempionlar Liqas: "Şkendiya" azarkeşləri üçün ayrılmış yerlər "Qarabağ" tərəfdarları üçün satışa çıxarılır
Çempionlar Liqas: "Şkendiya" azarkeşləri üçün ayrılmış yerlər "Qarabağ" tərəfdarları üçün satışa çıxarılır11-08-2025, 22:30. Разместил: Rss Bot Report |
|
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Şkendiya" (Şimali Makedoniya) azarkeşləri üçün ayrılmış yerlər "Qarabağ" tərəfdarları üçün satışa çıxarılır. Klubdan "Sizinxeber.az"a verilən məlumata görə, əvvəlcədən 27 və 28-ci sektorlar rəqib komandanın azarkeşləri üçün nəzərdə tutulsa da, qonaq komandanın tərəfdarlarının oyuna qatılmaması səbəbindən həmin sektorların biletləri yerli azarkeşlərə satılacaq. Satış sabah saat 12:00-dan start götürəcək. Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq. Səfərdə baş tutan ilk görüşdə "köhlən atlar" rəqibini bir cavabsız qolla üstələyib. Вернуться назад |