Главная > Futbol > "Bavariya" futbolçusunu Səudiyyə Ərəbistanı klubuna 30 milyon avroya satacaq
"Bavariya" futbolçusunu Səudiyyə Ərəbistanı klubuna 30 milyon avroya satacaq11-08-2025, 17:00. Разместил: Rss Bot Report |
|
Almaniyanın "Bavariya" klubu Kinqsli Komanı Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"ə 30 milyon avroya satacaq. "Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Fransalı futbolçu bu həftə tibbi müayinədən keçdikdən sonra Səudiyyə Ərəbistanı klubu ilə 3 illik müqavilə imzalayacaq. Qeyd edək ki, K.Koman 2017-ci ilin yayından Münhen təmsilçisinin formasını geyinir. O, bu müddət ərzində bütün turnirlərdə 339 matçda iştirak edib, 72 qol və 71 məhsuldar ötürmə ilə fərqlənib. Oyunçunun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" Komanın dəyərini 30 milyon avro qiymətləndirir. Вернуться назад |