Главная > Futbol > "Liverpul" Jotanın formasının satışından əldə olunan gəliri xeyriyyə təşkilatına bağışlayacaq

"Liverpul" Jotanın formasının satışından əldə olunan gəliri xeyriyyə təşkilatına bağışlayacaq


8-08-2025, 19:00. Разместил: Rss Bot Report

İngiltərənin "Liverpul" kollektivi vəfat etmiş hücumçusu Dioqo Jotanın adını daşıyan formasının satışından əldə olunan gəliri klubun xeyriyyə təşkilatı olan LFC Fonduna bağışlayacaq.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə mersisaydlıların mətbuat xidməti məlumat yayıb.

Fond Jotanın şərəfinə kütləvi futbolun inkişafı proqramı yaratmağı öhdəsinə götürüb.

Qeyd edək ki, D.Jota iyulun 3-də avtomobil qəzasında həlak olub.


Вернуться назад