Главная > Futbol > PSJ Fransa klubunun qapıçısını heyətinə qatır
PSJ Fransa klubunun qapıçısını heyətinə qatır8-08-2025, 09:30. Разместил: Rss Bot Report |
|
Fransanın "Lill" klubunun qapıçısı Lyuka Şevalye karyerasını ölkənin digər təmsilçisi PSJ-də davam etdirəcək. "Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Ölkə çempionu 23 yaşlı qolkiper üçün qarşı tərəfə 40 milyon avro ödəyəcək. Onun keçidi ilə bağlı klublar arasında artıq razılıq əldə olunub. Futbolçu tibbi müayinədən keçdikdən sonra 5 illik müqavilə imzalayacaq. Qeyd edək ki, Lyuka Şevalye Liqa 1-də 34, Çempionlar Liqasında 10 oyun keçirib. Вернуться назад |