Главная > Futbol > KL: “Sabah” səfərdə “Levski”yə məğlub olub
KL: “Sabah” səfərdə “Levski”yə məğlub olub8-08-2025, 01:00. Разместил: Rss Bot Apa |
|
“Sabah” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxıb. Apasport.az xəbər verir ki, Valdas Dambrauskasun yetirmələri Bolqarıstanda “Levski”nin qonağı olub. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Matçın taleyini bir qol həll edib. Son dəqiqələrdə meydan sahibləri qələbə topunu vurmağı bacarıb. Qeyd edək ki, komandalar arasındakı cavab oyunu avqustun 14-də Bakıda keçiriləcək. UEFA Konfrans Liqası 22:00. Levski (Bolqarıstan) – Sabah 1:0 "Levski": 92. Svetoslav Vutsov, 21. Aldayr Neveş, 50. Kristian Dimitrov, 4. Kristian Makun, 3. Maykon, 10. Asen Mitkov, 17. Everton Bala, 18. Qasper Trdin, 88. Marin Petkov (k), 99. Radoslav Kirilov, 12. Mustafa Sanqare Baş məşqçi: Xulio Velaskes "Sabah": 92. Stas Pokatilov, 5. Rəhman Daşdəmirov, 3. Stiv Solvet, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 22. Zinədin Uld Xaled, 7. Boyan Letiç, 70. Cesse Sekidika, 18. Pavol Safranko (k), 20. Coy-Lens Mikels Baş məşqçi: Valdas Dombrauskas Вернуться назад |