Главная > Futbol > Konfrans Liqası: "Araz-Naxçıvan" - "Omoniya" oyununda növbəti qol vurulub - YENİLƏNİB - 2
Konfrans Liqası: "Araz-Naxçıvan" - "Omoniya" oyununda növbəti qol vurulub - YENİLƏNİB - 27-08-2025, 20:30. Разместил: Rss Bot Report |
|
Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub. "Sizinxeber.az"un məlumatına görə, qonaqlar fərqi daha da artırıblar - 2:0. Loizos Loizu 22-ci dəqiqədə dubl edib. 20:14 Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb. "Sizinxeber.az"un məlumatına görə, matçda ilk qolu qonaqlar vurublar. 13-cü dəqiqədə Loizos Loizu fərqlənib. 20:00 Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb. "Sizinxeber.az"un məlumatına görə, "Dalğa Arena"dakı matç Bakı vaxtı ilə saat 20:00-da start götürüb. Qarşılaşmanı çexiyalı FIFA referisi Andrjey Berka idarə edir. Qeyd edək ki, cütün qalibi pley-offda PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə görüşəcək. Вернуться назад |