Главная > Futbol > "Neftçi" Polşadakı sonuncu yoxlama oyununu bu gün keçirəcək
"Neftçi" Polşadakı sonuncu yoxlama oyununu bu gün keçirəcək1-08-2025, 09:30. Разместил: Rss Bot Report |
|
Polşada təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama oyununu keçirəcək. "Sizinxeber.az"un məlumatına görə, Samir Abasovun baş məşqçisi olduğu kollektiv Kipr təmsilçisi AEL-lə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüş Byalobjeqdə yerləşən “Mieyski” stadionunda gerçəkləşəcək. Qeyd edək ki, bundan əvvəl “Hapoel" (Təl-Əviv/İsrail, 1:1) və “Termalika" (Polşa, 2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras" (Tripolis, Yunanıstan) ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu. Вернуться назад |