Главная > Futbol > “Neftçi”nin sonuncu yoxlama oyununun vaxtı müəyyənləşib
“Neftçi”nin sonuncu yoxlama oyununun vaxtı müəyyənləşib31-07-2025, 17:30. Разместил: Rss Bot Report |
|
“Neftçi”nin Polşadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununun vaxtı müəyyənləşib. "Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu komanda avqustun 1-də Kiprin AEL klubu ilə qarşılaşacaq. Görüş Byalobjeqdə yerləşən “Mieyski” stadionunda, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Qeyd edək ki, bundan əvvəl “Hapoel" (Təl-Əviv/İsrail, 1:1) və “Termalika" Polşa, (2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras" (Tripolis, Yunanıstan) ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu. Вернуться назад |