Главная > Futbol > UEFA Konfrans Liqası: Azərbaycan klubları cavab matçlarını keçirəcəklər
UEFA Konfrans Liqası: Azərbaycan klubları cavab matçlarını keçirəcəklər31-07-2025, 10:00. Разместил: Rss Bot Report |
|
Azərbaycan klubları “Zirə”, “Sabah” və “Araz-Naxçıvan” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün cavab matçlarını keçirəcəklər. “Report”un məlumatına görə, “Zirə” səfərdə “Hayduk”un qonağı olacaq. Görüşə Split şəhərindəki “Polyud” stadionunda, saat 23:00-da start veriləcək. Komandalar arasında ilk matç 1:1 hesabı ilə nəticələnib. “Hayduk” - “Zirə” cütünün qalibi “Atletik” (Andorra) - “Dinamo Siti” (Albaniya) matçında üstün olan tərəflə üz-üzə gələcək. “Sabah” Bakıda “Petrokub”la üz-üzə gələcək. Vadas Dambrauskasın baş məşqçisi olduğu komanda ilk görüşdə Moldova təmsilçisini 2:1 hesabı ilə üstələyib. Bu cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində baş tutacaq “Levski” (Bolqarıstan) - “Braqa” (Portuqaliya) matçının məğlubu ilə qarşılaşacaq. “Araz-Naxçıvan” isə səfərdə Yunanıstan təmsilçisi “Aris”lə görüşəcək. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda ilk oyunda 2:1 hesablı qələbəyə sevinib. Bu cütün qalibi III təsnifat mərhələsində “Omoniya” (Kipr) - “Torpedo” (Gürcüstan) görüşünün qalibi ilə üz-üzə gələcək. UEFA Konfrans Liqası II təsnifat mərhələsi, cavab görüşləri 31 iyul 23:00. "Hayduk" (Xorvatiya) - "Zirə" (Azərbaycan) İlk oyun - 1:1 Baş hakim: Luka Payretto (İtaliya). Split, “Polyud” stadionu 20:00. “Sabah” (Azərbaycan) - "Petrokub" (Moldova) İlk oyun - 2:1 Baş hakim: Danilo Nikoliç (Serbiya). Masazır, “Bank Respublika Arena” 22:15. “Aris” (Yunanıstan) - “Araz-Naxçıvan” (Azərbaycan) İlk oyun - 1:2 Baş hakim: Devid Dikinson (Şotlandiya). Saloniki, “Kleantis Vikelidis” stadionu Вернуться назад |