Главная > Futbol > "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib30-07-2025, 23:30. Разместил: Rss Bot Report |
|
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. "Report" xəbər verir ki, bu, Şimali Makedoniya təmsilçisi “Şkendiya”dır. II təsnifat mərhələsi çərçivəsində doğma meydanda Rumıniyanın FCSB kollektivinə 1:0 hesabı ilə qalib gələn “Şkendiya”, səfərdə də 2:1 hesablı qələbə qazanaraq növbəti raundda Ağdam təmsilçisinə rəqib olub. Qeyd edək ki, II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandasına iki oyunun nəticəsinə əsasən 4:0 hesabı ilə qalib gələn “Qarabağ” növbəti raunda adlayıb. Вернуться назад |