Главная > Futbol > "Karvan" almaniyalı futbolçu ilə anlaşıb
"Karvan" almaniyalı futbolçu ilə anlaşıb29-07-2025, 22:30. Разместил: Rss Bot Report |
|
Yeni mövsümdən Premyer Liqada iştirak hüququ qazanan "Karvan" yeni futbolçu ilə anlaşıb. Klubdan "Report"a verilən məlumata görə, Yevlax təmsilçisi almaniyalı sol cinah müdafiəçisi Mois Nqvisanini sıralarına cəlb edib. Onunla 1 illik sözləşmə imzalanıb. 27 yaşlı futbolçu son olaraq Lüksenburqun “Vilç” klubunda forma geyinib. Mois karyerası ərzində Almaniyanın “Bohum”, “Aue”, “Ştutqart” və “Borussiya” (Münhenqladbax) komandalarının heyətində çıxış edib. Вернуться назад |