Главная > Futbol > “Qarabağ”ın rəqibi Bakıya bu gün çarter reysi ilə gələcək
“Qarabağ”ın rəqibi Bakıya bu gün çarter reysi ilə gələcək28-07-2025, 14:00. Разместил: Rss Bot Report |
|
“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Şelburn” (İrlandiya) Bakıya bu gün çarter reysi ilə gələcək. Bunu “Report”a açıqlamasında Ağdam klubunun mətbuat katibi Anar Hacıyev deyib. İrlandiya təmsilçisini oyunda 100-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir. Qeyd edək ki, “Qarabağ” - “Şelburn” matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Dublində baş tutan ilk oyun "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Вернуться назад |