Главная > Futbol > "Karvan" klubu növbəti transferini həyata keçirib

"Karvan" klubu növbəti transferini həyata keçirib


27-07-2025, 00:30. Разместил: Rss Bot Report

2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında oynayacaq "Karvan" klubu növbəti transferini həyata keçirib.

"Sizinxeber.az" Yevlax təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şri Lanka millisinin üzvü Samuel Durrant ilə 1 illik müqavilə imzalanıb.

Yarımmüdafiəçi karyerasına İngiltərənin “Liverpul” klubunda başlayıb. Daha sonra “Blakbörn” (İngiltərə), “Dundalk” (İrlandiya) və “Connahs Quay” (Uels) klublarında forma geyinib.

23 yaşlı oyunçu Şri Lanka millisində 7 oyun keçirib.


Вернуться назад