Главная > Futbol > "Araz-Naxçıvan"ın futbolçusu: "Sabah bizi ağır oyun gözləyir"
"Araz-Naxçıvan"ın futbolçusu: "Sabah bizi ağır oyun gözləyir"23-07-2025, 19:30. Разместил: Rss Bot Report |
|
"Araz-Naxçıvan" komandasını sabah ağır oyun gözləyəcək. "Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Urfan Abbasov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"ə (Yunanıstan) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib. Müdafiəçi qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib: "Sabah bizi ağır oyun gözləyir. Qarşılaşmaya ciddi hazırlaşmışıq. İnanırıq ki, qələbə bizimlə olacaq. Rəqibin zəif və güclü tərəflərini təhlil etmişik. Türkiyədəki təlim-məşq toplanışında güclü komandalarla qarşılaşdıq. Futbolçuların bəziləri dəyişib. Düşünürəm ki, bu dəyişiklik komandaya xeyir verəcək". Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” qarşılaşması sabah, saat 20:00-da “Dalğa Arena”da baş tutacaq. Вернуться назад |