Главная > Futbol > Naxçıvanda UEFA-nın C kateqoriyası üzrə kurs keçirilir
Naxçıvanda UEFA-nın C kateqoriyası üzrə kurs keçirilir23-07-2025, 12:00. Разместил: Rss Bot Report |
|
AFFA və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə Naxçıvanda UEFA-nın C kateqoriyası üzrə kursun birinci mərhələsi keçirilir. "Sizinxeber.az" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, kursun açılışında AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və NFF-nin baş katibi Raqif Abbasov iştirak ediblər. AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov tərəfindən keçirilən birinci modula iyulun 24-də yekun vurulacaq. Qeyd edək ki, UEFA C kursunun növbəti mərhələləri avqust və sentyabr aylarında təşkil olunacaq. Вернуться назад |