Главная > Futbol > PSJ "Real"ın yarımmüdafiəçisini almaqda maraqlıdır

PSJ "Real"ın yarımmüdafiəçisini almaqda maraqlıdır


21-07-2025, 08:30. Разместил: Rss Bot Report

Fransa PSJ-sinin baş məşqçisi Luis Enrike Madrid "Real"ının yarımmüdafiəçisi Eduardo Kamavinqanı almaqda maraqlıdır.

"Report" xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, ispaniyalı mütəxəssis fransızın PSJ-nin yarımmüdafiəsini gücləndirəcəyinə və komandanın daha ardıcıl çıxış etməsinə şərait yaradacağına inanır.

Eyni zamanda qeyd olunur ki, "Real Madrid" Camavinqanın zədələrindən narahatdır. Ötən mövsüm futbolçunun 4 zədəsi olub, ümumilikdə futbolçu 159 günə sağalıb.


Вернуться назад