Главная > Futbol > “Neftçi” Polşada ilk yoxlama oyununa çıxacaq
“Neftçi” Polşada ilk yoxlama oyununa çıxacaq17-07-2025, 11:30. Разместил: Rss Bot Report |
|
Növbəti mövsümün hazırlığını Polşada davam etdirəm “Neftçi” futbol klubu bu gün ilk yoxlama oyununa çıxacaq. “Report” xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda İsrail təmsilçisi “Hapoel” (Təl-Əviv) ilə münasibətləri aydınlaşdıracaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Qeyd edək ki, “Neftçi” daha sonra Polşanın “Termalika” (22 iyul), Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) komandaları ilə gücünü sınayacaq. Вернуться назад |