Главная > Futbol > "Neftçi" qapıçısı ilə müqavilənin müddətini uzatdığını açıqlayıb
"Neftçi" qapıçısı ilə müqavilənin müddətini uzatdığını açıqlayıb26-06-2025, 12:00. Разместил: Rss Bot Report |
|
"Neftçi" klubu qapıçısı Emil Balayevlə müqavilənin müddətini uzadıb. "Sizinxeber.az" xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb. Anlaşmaya əsasən, 31 yaşlı futbolçu 2026-cı ilin yayınadək Bakı təmsilçisində çıxış edəcək. Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan və 2011-2014-cü illər aralığında da komandanın qapısını qorumuş Balayev 2023-cü ilin yayında kluba qayıdıb. O, Azərbaycan millisinin heyətində 14 oyun keçirib. Вернуться назад |