11
in
2025
18:00

yuxarı
Polşa klubunun investoru restorana baş çəkdikdən sonra dünyasını dəyişib

Polşa klubunun investoru restorana baş çəkdikdən sonra dünyasını dəyişib
Polşanın "Visla" klubunun əsas investoru Tomaş Kokosinski Krakov şəhərində restorana baş çəkdikdən sonra dünyasını dəyişib.
"Report" "wiadomosci.radiozet.pl"a istinadən xəbər verir ki, iş adamı klubda 5 milyon dollarlıq pay almaq üçün Krakov şəhərinə gəlib.
O, iyunun 4-də restoranlardan birinə şam yeməyinə gedib və orada qidadan boğulub. Zərərçəkmiş hipoksiya və beyin ölümü səbəbindən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
İyunun 10-da isə T.Kokosinskinin ölümü qeydə alınıb.