Virtsin “Liverpul”a keçidi razılaşdırılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
in
2025
01:30

Virtsin “Liverpul”a keçidi razılaşdırılıb

11 in, 2025
01:30
635

Virtsin “Liverpul”a keçidi razılaşdırılıb

Almaniyanın “Bayer 04” klubunun futbolçusu Florian Virtsin İngiltərənin “Liverpul”una keçidi razılaşdırılıb.

“Report” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkədə yazıb.

“Virts “Liverpul”a keçir”, – o yazıb.

Jurnalistin sözlərinə görə, mersisaydlılar Leverkuzen təmsilçisi ilə əlavələr daxil olmaqla 150 milyon avroya çatan paket üçün prinsipial şifahi razılıq əldə edib.

“Futbolçu tərəfi iki həftə əvvəl artıq razılaşıb, transfer indi qaçılmazdır”, – o qeyd edib.

Romano vurğulayıb ki, Virts tibbi müayinə və müqavilə imzalanması üçün hazırlaşır.

Bizimlə əlaqə saxlayın