Azərbaycan millisinin üzvü: "Rusiya Superkubokunu qazandığıma görə çox sevincliyəm" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2025
15:30

Azərbaycan millisinin üzvü: "Rusiya Superkubokunu qazandığıma görə çox sevincliyəm"

10 in, 2025
15:30
626

Azərbaycan millisinin üzvü: "Rusiya Superkubokunu qazandığıma görə çox sevincliyəm"

Azərbaycanın qadınlardan ibarət millisinin və "Zenit"i üzvü Nigar Mirzəliyeva Rusiya Superkubokunu qazanması ilə bağlı fikirlərini bölüşüb.

"Report" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 2022-ci ildən “Zenit”in formasını geyinən 23 yaşlı müdafiəçi komandanın xarakter göstərdiyini bildirib.

O, komanda yoldaşlarının və məşqçilərin də əməyini qabardıb:

"Rusiyada artıq ikinci dəfədir Superkubokun qalibi oluruq. Buna görə çox sevincliyik. “Lokomotiv”lə Superkubok matçına əvvəlki oyunlarda olduğu qaydada ciddi hazırlaşmışdıq. Bu uğurda qızların və məşqçilərin çox böyük əməkləri var. Komanda olaraq xarakter göstərərək qələbə qazandıq. Mənim üçün ən yaddaqalan məqam komanda şəklində xarakter göstərməyimiz oldu. Birinci hissə qolsuz bərabərliklə yekunlaşdı. Ancaq ikinci hissədə baş məşqçinin tapşırıqlarını yerinə yetirərək, əzmkar oyun sərgilədik və qalib gəldik".

O, gələcək planlarından da danışıb:

"Zenit”də üçüncü mövsümümü keçirirəm. Futbola böyük sevgim var. Uğurlu çıxışlarımı da buna borcluyam. Fikrimcə, əgər bir işi sevərək edirsənsə, mütləq uğur qazanacaqsan. İşimi çox sevirəm, məşqlərimi ciddi edirəm. Bu da uğur əldə etməyimə kömək olur. Həm millidə, həm də “Zenit”də bunun davamlı olması üçün lazım olan hər şeyi edəcəyəm. Əlbəttə ki, daha böyük liqalarda çıxış etmək əla olar. Avropanın aparıcı futbol ölkələrində oynayan Azərbaycanın ilk qadın futbolçusu olmaq istəyərəm. Bəzi klublardan təkliflər almışam. Həmçinin “Zenit” də yeni müqavilə təklif edib. Lakin hələlik düşünürəm. Avropanın güclü klublarından dəvət gəlsə, mütləq dəyərləndirəcəyəm".

N. Mirzəliyeva Azərbaycanda qadın futbolunun inkişafı ilə bağlı fikirlərini də söyləyib:

"Azərbaycanda qadın futbolu yeni inkişaf etməyə başlayıb. Artıq müəyyən uğurlar qazanırıq. Ölkəmiz, bayrağımız üçün vuruşuruq. Gələnilki Millətlər Liqasında mütləq uğurlu cıxış edəcəyik. Qrupumuza hansı komandalar düşəcəksə, mütləq ciddi hazırlaşıb, qalib olmağa calışacağıq. Hədəfimiz Millətlər Liqasında qrup birinciliyi olacaq. Komandamıza güvənirəm, bunu bacaracağıq".

Qeyd edək ki, Sankt-Peterburq klubu həlledici oyunda Moskva “Lokomotiv”ini 3:0 hesabı ilə məğlub edərək Rusiya Superkubokunun qalibi olub.

Bizimlə əlaqə saxlayın