Neymar koronavirusa yoluxub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
in
2025
12:00

Neymar koronavirusa yoluxub

08 in, 2025
12:00
692

Neymar koronavirusa yoluxub

“Santos” klubunun futbolçusu Neymar koronavirusa yoluxub.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə “Globo” məlumat yayıb.

Hücumçuda xəstəliyin əlamətləri iyunun 5-də üzə çıxıb və o, həmin andan məşqləri dayandırıb. Neymar hazırda ev şəraitində müalicə alır.

Qeyd edək ki, Braziliyanın “Santos” klubunun yetirməsi olan Neymar 2009-2013-cü illərdə bu klubun şərəfini qoruduqdan sonra İspaniyanın “Barselona” komandasına transfer olub. Daha sonra Frandanın PSJ və Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandalarında oynayan Neymar 2025-ci ildə “Santos”-a dönüb.

Bizimlə əlaqə saxlayın