KİV: "Barselona" müdafiəçilərindən biri ilə müqaviləni  ləğv edəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
in
2025
03:30
0
0
1 053

KİV: "Barselona" müdafiəçilərindən biri ilə müqaviləni  ləğv edəcək

07 in, 2025
03:30
1 053

KİV: "Barselona" müdafiəçilərindən biri ilə müqaviləni  ləğv edəcək

"Barselona" futbol klubunun direktoru Deko son günlər müdafiəçi Kleman Lenqle ilə daha iki il müddətinə nəzərdə tutulan müqaviləyə xitam vermək barədə danışıqlar aparır.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

İyirmi doqquz yaşlı futbolçu ötən mövsümü icarə əsasında Madridin “Atletiko” klubunda keçirib.

Lenqlenin “Barselona”dakı mövsümi maaşı 8 milyon avrodur. Qeyd edilir ki, Madrid klubu müdafiəçinin bütün maaşını ödəməyə hazır deyil və buna görə də vəsaitin bir hissəsindən imtina etmək niyyətindədir.

Fransız futbolçu İspaniya nəhənginə 2018-ci ilin yayında "Sevilya"dan keçib. O, bu müddət ərzində bütün turnirlərdə 160 matçda iştirak edib və 7 qol vurub.

Bizimlə əlaqə saxlayın