Azərbaycanın U-21 millisi yoxlama oyununda Belarusla qarşılaşıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
in
2025
22:00

Azərbaycanın U-21 millisi yoxlama oyununda Belarusla qarşılaşıb

04 in, 2025
22:00
871

Azərbaycanın U-21 millisi yoxlama oyununda Belarusla qarşılaşıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində bu gün yoxlama görüşü keçirib.

"Report"un Belarusa ezam olunan əməkdaşı xəbər verir ki, təmsilçimiz Baranoviçi şəhərində bu ölkənin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Bakı vaxtı ilə saat 20:00-da başlayan görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.

Yığmanın yeganə qolunu 22-ci dəqiqədə Raul Məmmədov vurub.

Qeyd edək ki, Ayxan Abbasovun baş məşqçisi olduğu U-21 millimiz iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcək.

Bizimlə əlaqə saxlayın